07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda bu ərazilərdə iki yeni metrostansiya tikiləcək

17.02.2022

Bakıda Badamdar və Bibiheybət ərazilərində yeni metro stansiyaların açılması gələcək planlarda nəzərdə tutulub.

"DM" xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Bakı.vs-ə verdiyi məlumata görə, "İçərişəhər"dən sonra dörd stansiyanın inşası nəzərdə tutulub:

"Onların arasında Badamdar da var. Sarı xətt üçün isə Binəqədidən başlayaraq 11 stansiya olacaq və sonu isə Bibiheybət olacaq. Bunların reallaşması uzaq planlar üçün nəzərdə tutulub. İndidən konkret tarix demək mümkün deyil.

Hələlik bu iki stansiyanın inkişafı və layihələndirməsindən söhbət getmir. Hazırda vacib məsələ şəhərin mərkəzindəki xətlərin ayrılmasıdır. Bakının 2008-2011-ci illərdə hazırlanan inkişaf istiqamətlərində Binəqədi, Yeni Yasamal, Qaraçuxur və Bakıxanov da nəzərdə tutulub.

Bir məsələni qeyd edim ki, Xocəsən metro stansiyasından Sədərək ticarət mərkəzinə heç bir metro xətti olmayacaq".