06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT azad olunmuş ərazilərdə qiymətləndirmə missiyası həyata keçirəcək

17.02.2022

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, spiker onun BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi kimi fəaliyyətinin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə inandığını ifadə edib, qonağa bu sahədə uğurlar arzulayıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına önəm verir. Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həm də BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal narahatlıq doğuran məsələlər üzrə görülən işlərə öz töhfəsini verir. 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təklif əsasında dövlət və hökumət başçıları səviyyəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üzrə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağırıldığını xatırladan spiker bu tədbirin əhəmiyyətini vurğulayıb. Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının sədri qismində cənab İlham Əliyevin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində və 16 dekabr 2021-ci il tarixində Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə malikdir.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat verərib. Spiker diqqətə çatdırıb ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində bütün şəhərlərimiz, kəndlərimiz, maddi-mədəni, dini obyektlər tamamilə dağıdılıb. Təəssüf ki, Azərbaycanın müraciətlərinə baxmayaraq, bütün işğal dövründə YUNESKO bu ərazilərdə qiymətləndirmə aparmayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan BMT üçün mühüm məsələlərdə qlobal liderliyi öz üzərinə götürən vacib tərəfdaşdır.

BMT nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklərini və orada qiymətləndirmə missiyası həyata keçirəcəklərini diqqətə çatdırıb. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası barədə planlarının, xüsusilə də ağıllı şəhər, ağıllı kənd layihələrinin onda böyük təəssürat yaratdığını qeyd edib.

Dayanıqlı inkişaf məqsədlərindən danışan BMT nümayəndəsi bunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası və insanların geri qayıdışının təmin edilməsi barədə fikirlərini bölüşüb.

Vladanka Andeeva BMT və Azərbaycan arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün bütün səylərini səfərbər edəcəyini vurğulayıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.