06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xarici səyyahlar Kəlbəcər və Laçın dəhlizində olub - FOTO

17.02.2022

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfər edib.Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət heyət Kəlbəcərdə ermənilərin törətdiyi dağıntılara baxıb, orada infrastruktur layihələrinin icrası ilə tanış olublar.

Səyyahlar daha sonra Laçın dəhlizində olublar.

Heyət bu gün Qubadlı və Zəngilana da səfər edəcək.

Qeyd edək ki, nümayəndə heyəti dünən Şuşa və Ağdamda olub.

Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq "NomadMania” klubunun təşkilatçılığı ilə keçirilir. Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunur

Xarici səyyahlar Laçın dəhlizində

Xarici səyyahlar Laçın dəhlizində