06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

II Yelizavetanın ayaqları tutulub

17.02.2022

 Britaniya kraliçası II Yelizaveta kontr-admiral Ceyms Makleod ilə Vindzorda görüşdə çətinliklə hərəkət edib.

O, çəliyə söykənib, lakin onun köməyi ilə belə kraliça azı bir-iki addım ata bilməyib. Kraliçanın ayaqlarının hərəkətdən qaldığı bildirilir.

"Gördüyünüz kimi, mən hərəkət edə bilmirəm”, - o səhhəti ilə bağlı deyib.

Məlum olub ki, xəstəliyə yaşla bağlı dəyişikliklər səbəb olur. Həmçinin qeyd olunur ki, Şahzadə Filipin ölümündən sonra II Yelizaveta ictimaiyyət arasında daha az görünməyə başlayıb.

Səhhətindəki problemlərə baxmayaraq, kraliça işləməyə davam edir. O, rəsmilərlə görüşlər keçirir, lakin hələlik səfərdən çəkinmək qərarına gəlib.

Bu yaxınlarda Böyük Britaniya II Yelizavetanın hakimiyyətinin 70 illiyini qeyd etdi. O, dünyanın ən uzun müddət hakimiyyətdə olan monarxıdır.

Mənbə: Daily Mail