06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SN:Donor orqanların idxalı və ixracı qaydası hazırlanıb

17.02.2022

Donor orqanların idxalı və ixracı qaydası hazırlanıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrası məqsədilə Qanunun 33.3-cü maddəsinə uyğun olaraq transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasının hazırlanması nəzərdə tutulub. Qayda barədə təkliflər artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd olunub ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrası məqsədilə 15 qərar layihəsi hazırlanıb. Onlardan bir hissəsi Nazirlər Kabineti tərəfindən təsdiq olunub, digərləri isə təsdiq mərhələsindədir.

Qeyd edək ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun bu il yanvarın 1-dən qüvvəyə minib.