06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO Gürcüstanla Rusiyanın təhdidlərini müzakirə edib

17.02.2022

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, NATO müdafiə nazirlərinin iclası çərçivəsində baş tutan görüş zamanı tərəflər ortaq təhlükəsizlik çağırışları və Rusiyanın yaratdığı təhdidləri müzakirə ediblər.

Burçuladze artan təhlükəsizlik çağırışları fonunda NATO-nun regionda daha çox iştirakının önəmini vurğulayıb.

Görüşdə NATO-Gürcüstan əməkdaşlığının dərinləşdirilməsinin perspektivləri və Gürcüstan MN tərəfindən NATO standartlarına uyğunluq məqsədi ilə həyata keçirilən islahatlar müzakirə edilib.

Söhbət zamanı yazda keçiriləcək üçüncü NATO-Gürcüstan birgə beynəlxalq hərbi təlimlərinə də diqqət yönəldilib.