03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tahir Kərimli ölümlə hədələnir? DİN-dən açıqlama - Video

17.02.2022

Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin ölümlə hədələnməsi barədə yaydığı videoya münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.az-a açıqlamasında bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.

Tahir Kərimlinin özü ilə əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab verməyib.

Qeyd edək ki, dünən deputat Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib və onu ölümlə hədələyən şəxslərə səslənib.

"Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”, - deyə o bildirib.

Sözügedən videonu təqdim edirik: