03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kanada parlamentinə Xocalı qətliamına dair petisiya təqdim edildi

17.02.2022

Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) (Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə Kanada parlamentinə Xocalı qətliamına dair petisiya təqdim edilib.

"DM"-nın xəbərinə görə, petisiya Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü cənab Maykl Kuperin dəstəyi ilə rəsmi petisiya olaraq dərc edilib və 1 500-də artıq Kanada vətəndaşının imzası ilə parlamentə təqdim edilib.

Ötən gün, petisiyanı parlamentdə təqdim edərkən Maykl Kuper Xocalı qətliamının Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu və münaqişə nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və 800 000-dən artıq azərbaycanlının öz torpaqlarından qovulduğunu qeyd edib.

Petisiyada, Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının Kanada hökuməti tərəfindən rəsmi olaraq pislənməsi, 26 fevralın Kanadada Anım Günü kimi qeyd edilməsinin elan edilməsi, və gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi məqsədilə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası və eləcə də arasında münasibətlərin normallaşdırılması səylərinə Kanada tərəfindən dəstəyin verilməsi tələb edilir.

Petisiya üçün imzalar toplanmasında Kanadada yaşayan azərbaycanlılar aktiv iştirak ediblər.

Qeyd edək ki, KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasdadır və intensiv görüşlər keçirməkdədir. KAŞ qarşıdan gələn müddət ərzində də bu işləri davam etdirmək və Azərbaycan icmasının fikirlərini Kanada siyasətçiləri və hökumət orqanlarına çatdırmaq niyyətindədir.