03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Veysəloğlu” barəsində iş qaldırıldı

17.02.2022

2021-ci ildə dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.

"Devran Media" xəbər verir ki, qiymət manipulyasiyalarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb. Dövlət Xidməti tərəfindən yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, Veysəloğlu MMC tərəfindən Dövlət Xidmətinə heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti Veysəloğlu MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barəsində qanunamüvafiq tədbir görüləcək.