02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Mən niyə kitab oxuyuram" layihəsi BAŞLAYIR – 3 ay davam edəcək

16.02.2022

Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi "Mən niyə kitab oxuyuram" adlı layihənin icrasına başlayıb. 

Devran Media xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.  

"Mən niyə kitab oxuyuram" layihəsinin icrası 2022-ci il fevral-may aylarını əhatə edəcək. Layihə çərçivəsində keçiriləcək tədbirlər Bakı şəhərini əhatə edir. Layihənin məqsədi əhali arasında oxu mədəniyyətinin artırılması, mütaliənin təşviq edilməsidir.  

Layihə çərçivəsində mütaliə imkanlarının daha da genişləndirilməsi üçün kitabın faydalarından bəhrələnmiş ziyalıların, tanınmış şəxslərin iştirakı ilə qısa video çarxlar hazırlanacaq.

Hazırlanmış çarxların sosial şəbəkələrdə paylaşılması və geniş yayılması təmin ediləcək. Video çarxların əsas hədəf kütləsi məktəblilər, yeniyetmə və gənclər, həmçinin bütün yaş qruplarına aid sosial şəbəkə istifadəçiləridir.  

Bundan başqa, sosial şəbəkələrdə #mənniyəkitaboxuyuram həştəqi də yaradılacaq.