03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ erməniləri “hərbi hazırlığa” başlayır

16.02.2022

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlılarının himayəsi altında fəaliyyətlərini genişləndirən erməni separatçıları təxribatlarından əl çəkmir.

Qarabağdakı erməni separatçı dəstəsinin "təhlükəsizlik şurası katibi” Vitali Balasanyan erməni əhali arasında hərbi hazırlığın artırılacağını bildirib.

O deyib ki, fevral-may ayları arasında baş tutacaq tədbirlərdə erməni əhali hərbi bilik və bacarıqlarını təkmilləşdirəcək, atıcılıq məşğələlərinə cəlb ediləcəklər.

Tədbirlərə "dövlət idarələrində işləyənlər və iri şirkətlərin işçilərinin” cəlb ediləcəyini bildirən Balasanyan say açıqlamayıb.

Qeyd edək ki, Ermənistan 2022-ci ildə Qarabağda yerləşdirilən əhali üçün 288 milyon dollar vəsait ayırıb. Bu vəsaitin əhəmiyyətli hissəsinin silah-sursat alınmasına və Azərbaycan torpaqlarındakı qanunsuz silahlı birləşmələrin saxlanılmasına xərclənəcəyi şübhə doğurmur.

Ən son məlumata görə, Qarabağda məskunlaşdırılan erməni əhalinin sayı 27 mindir.