03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

263 müharibə əlili yüksək texnologiyalı protezlə təmin edildi - FOTO

16.02.2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci ilin dekabr ayında Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatı istiqamətdə işlərə başlanıb.

Nazirlikdən verilən məlumata görə, ötən dövrdə 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.

Eləcə də Birinci Qarabağ müharibəsində, Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş 75 hərbçinin də 80 ədəd həmin protezlərlə təminatı həyata keçirilib.

Beləliklə, 263 müharibə əlili yüksək texnologiyalı 276 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.

Bu protezlərlə təminat Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həyata keçirilir.

Təqdim edilən "Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.