03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB-də yeni TƏYİNAT

16.02.2022

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub.

Bununla bağlı TƏBİB məlumat yayıb.

TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə 2005-ci ildə "525-ci qəzet”də başlayıb.

2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Səmərəli fəaliyyətinə görə dəfələrlə "Fəxri Fərman” və "Təşəkkürnamə” ilə təltif olunub. Bir çox jurnalist müsabiqəsinin qalibi, 100-dən çox publisistik məqalənin müəllifidir.