03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden Rusiya vətəndaşlarına müraciət etdi

16.02.2022

ABŞ, NATO və Ukrayna Rusiyanı təhdid etmir.

ABŞ Prezidenti Co Baydenin bu barədə müraciətini Ağ Ev yayımlayıb.

"Biz rusiyalıları təhdid etmirik və Rusiyada sabitliyin pozulmasını istəmirik. Mən Rusiya vətəndaşlarına müraciət edirəm - siz bizim düşmənimiz deyilsiniz. Və mən heç kimin Ukraynaya qarşı qanlı və dağıdıcı müharibə istəməsinə inanmıram”, - deyə Bayden bildirib.

O qeyd edib ki, Rusiya Ukrayna ilə sərhədlərə 150 ​​mindən çox əsgər toplayıb. İki qonşu ölkə arasında sıx əlaqələrə, ortaq mədəniyyət və tarixə baxmayaraq işğal baş verə bilər. Bayden xatırladıb ki, 77 il əvvəl bu xalqlar "tarixdəki ən pis müharibəni bitirmək” üçün birlikdə vuruşublar.

O, həmçinin bəyan edib ki, ABŞ Ukraynada raketlər yerləşdirməyəcək və Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılması faktı hələ də yoxlanılmayıb.

Daha əvvəl ABŞ prezidenti fevralın 16-da avropalı həmkarlarına Rusiyanın Ukraynaya hücum edə biləcəyini demişdi.

Mənbə: RBC