03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Səbail” parkı yenidənqurma işlərindən sonra istifadəyə verildi - FOTO

16.02.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində park və xiyabanların salınmasına, mövcud olanların isə yenidən qurulmasına xüsusi diqqət göstərilir.

Bu sahədə həyata keçirilən işlər çərçivəsində fevralın 16-da Səbail rayonu, Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin kəsişməsində "Səbail” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Tədbir zamanı qeyd olunub ki, yenilənən "Səbail” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Yeni istifadəyə verilən park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılıb, əvvəlki ərazisi 4 362 kvadratmetr olan park yeni layihələndirmədən sonra 8 096 kvadratmetr böyüdülərək ümumilikdə 12 458 kvadratmetr təşkil edib, 9 600 kvadratmetr yeni yaşıllıq sahəsi salınıb. Burada 580 ədəd gül, ağac və kol bitkiləri əkilib.

Parkın ərazisinin işıqlandırılmasına xüsusi önəm verilib, belə ki, ərazinin işıqlandırılması üçün 147 işıq dirəyi və 230 metr uzunluqda lent işıqlar, həmçinin doqquz ədəd landşaft işıqları quraşdırılıb.

Parkın ərazisində müasir tələblərə uyğun doqquz ədəd 10 nəfərlik oturacaqlar quraşdırılıb, xüsusi olaraq hərəkət etmək üçün rezin və daş döşəmələrdən istifadə edilib, parkda "I love Sabail” lövhəsi quraşdırılıb.

Park ərazisindən dənizkənarı milli Bulvara keçidi təmin edən pilləkən hissəsi də tam yenidən inşa olunaraq müasir interyerdə dizayn edilib. Parkda tikinti və abadlaşdırma işləri aparılarkən əlillərin və fiziki imkanları məhdud olan şəxslərin rahat şəkildə hərəkət etməsi üçün şərait yaradılıb. Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılıb, uşaqlar üçün uşaq meydançası, idman zonasında müxtəlif trenajorlar və qurğular quraşdırılıb. Yeni park şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından böyük əhəmiyyət kəsb edir