01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstirahət günlərinIn hava proqnozu

31.08.2018

31.08.2018 [16:44]
A+A–
Bakı, 31 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - sentyabrın 1-2-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturunun dağətəyi rayonlarda 27-32°, dağlıq rayonlarda 20-25° isti olacağı gözlənilir.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34°, dağlıq rayonlarda 23-28° isti olacaq.

Aran rayonlarında yağmursuz, sabit hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 30-35° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturunun 32-37° isti olacağı proqnozlaşdırılır.

Paytaxtda sentyabrın 1-2-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Komfort temperatur göstəriciləri müşahidə olunacaq, maksimal temperaturun 28-32° isti olacağı bildirilir.