Boris Yeltsinin  evi yanıb 
    
                          
     
                         02.02.2018
 
    
                        Boris Yeltsinin doğulduğu Sverdlovsk vilayətinin Basmanovskoy kəndindəki ev yanıb
Hadisə, ilk Rusiya prezidentinin 87 illiyi ərəfəsində meydana gəlib.
Basmanovskoy kəndinin sakinlərinin sözlərinə görə, bu evə Klavdiya və Nikolay Yeltsin 1931-ci il fevralın 1-də doğulmuş Boris adlı oğulları ilə gəldilər. Ancaq Rusiyanın ilk prezidentinin tərcümeyi-halında ailənin uşağın doğulmasından əvvəl orada yaşadığı və daha sonra qonşu Butka kəndinə köçdükləri bildirilib./Aznews.az/
DM