03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BDU-nun kafedra müdiri vəfat etdi

16.02.2022

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Mineralogiya və geokimya kafedrasının müdiri, əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Məmməd Çıraqov vəfat edib.

Bu barədə universitet məlumat yayıb.

Qeyd edək ki, M.Çıraqov 21 iyun 1938-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirəndən sonra AMEA-nın Kimya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1966-1969-cı illərdə SSRİ EA Sibir şöbəsində Qeyri-Üzvü Kimya İnstitutunda aspirant, 1971-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasında baş müəllim, 1973-ci ildən dosent, 1990-cı ildən BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasında professor vəzifələrində çalışıb.

M.Çıraqov 220-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olub. O, pedaqoji-akademik fəaliyyəti dövründə 7 elmlər namizədi yetişdirib. Yeni quruluşların açılması, müqayisəli kristallokimya üsulunun yaranması və onun əsasında mineralların və qeyri-üzvi birləşmələrin modelləşdirilməsi, kalsium silikatlarında polisomatizm hadisəsi, mineralların çevrilməsinin istiqamətliliyi istiqamətində tədqiqat aparıb.

M.Çıraqov 1990-cı ildə Xudu Məmmədov adına mükafatla, 2008-ci ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2009-cu ildə "İlin müəllimi” fəxri adına, 2015-ci ildə isə AMEA-nın akademik M.V.Əliyev adına mükafatına layiq görülüb.