03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan-İran birbaşa aviareysləri nə vaxtdan bərpa edilir?

16.02.2022

"Bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək”.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter” səhifəsində paylaşım edib.

"Mart ayının əvvəlindən Azərbaycan və İran əlaqələrində növbəti xoş addım atılacaq”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Baş naziri Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə 17 ölkənin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək.