30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ”ın rəqibləri məlum olub

31.08.2018

Avqustun 31-də UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Monakoda keçirilən mərasimdə Avropanın 48 komandası hər birində 4 komanda olmaqla 12 qrupa bölünüb. "Qarabağ” klubu "Arsenal” (London, İngiltərə), "Sportinq” (Lissabon, Portuqaliya) və "Vorskla” (Poltava, Ukrayna) komandaları ilə birlikdə "E” qrupunda mübarizə aparacaq.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

"A” qrupu: "Bayer” (Almaniya), "Lüdoqorets” (Bolqarıstan), "Sürix” (İsveçrə), AEK (Larnaka, Kipr).

"B” qrupu: "Zaltsburq” (Avstriya), "Seltik” (Şotlandiya), "Leypziq” (Almaniya), "Rusenborq” (Norveç).

"C” qrupu: "Zenit” (Rusiya), "Kopenhagen” (Danimarka), "Bordo” (Fransa), "Slaviya” (Praqa, Çexiya).

"D” qrupu: "Anderlext” (Belçika), "Fənərbağça” (Türkiyə), "Dinamo” (Zaqreb, Xorvatiya), "Spartak” (Trnava, Slovakiya).

"E” qrupu: "Arsenal” (London, İngiltərə), "Sportinq” (Lissabon, Portuqaliya), "Qarabağ” (Azərbaycan), "Vorskla” (Poltava, Ukrayna).

"F” qrupu: "Olimpiakos” (Yunanıstan), "Milan” (İtaliya), "Betis” (İspaniya), "Düdelanj” (Lüksemburq).

"G” qrupu: "Vilyarreal” (İspaniya), "Rapid” (Vyana, Avstriya), "Spartak” (Moskva, Rusiya), "Reyncers” (Şotlandiya).

"H” qrupu: "Latsio” (İtaliya), "Marsel” (Fransa), "Ayntraxt” (Frankfurt, Almaniya), "Apollon” (Kipr).

"İ” qrupu: "Beşiktaş” (Türkiyə), "Genk” (Belçika), "Malmö” (İsveç), "Sarpsborq” (Norveç).

"J” qrupu: "Sevilya” (İspaniya), "Krasnodar” (Rusiya), "Standard” (Lyej, Belçika), "Akhisar Belediyespor” (Türkiyə).

"K” qrupu: "Dinamo” (Kiyev, Ukrayna), "Astana” (Qazaxıstan), "Renn” (Fransa), "Yablonets” (Çexiya).

"L” qrupu: "Çelsi” (İngiltərə), PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), "Videoton” (Macarıstan).

Püşkatma mərasimindən əvvəl UEFA Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizman (hər ikisi "Atletiko”, İspaniya) və Dimitri Payet ("Marsel”, Fransa) mübarizə aparıblar. Bu nominasiyaya Fransa milli komandasının hücumçusu Antuan Qrizman layiq görülüb. Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı futbol səfiri Vəli Qasımovun da qatılması olub. 2018-2019-cu il mövsümündə Avropa Liqasının final qarşılaşması Bakıda keçiriləcəyi üçün veteran futbolçu püşkatma zamanı səhnədə olub.

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək.

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.