30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib

31.08.2018

"Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uşaqlarda rəqəmsal sahəyə marağı artırmaq və rəqəmsal ekosistemin inkişafına dəstək olmaq məqsədi ilə həyata keçirdiyi "Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla yekunlaşıb. 31 avqustda dərslərdə iştirak edən məktəblilərin, o cümlədən, valideynlərin, müəllimlərin və qonaqların iştirakı ilə layihənin başa çatmasına həsr olunan xüsusi tədbir keçirilib. Barama Mərkəzinin koordinatoru Fidan Tofidi layihənin hər kəs tərəfindən maraqla qarşılanmasını və təlimdə iştirak üçün müraciət sayının çoxluğunu sevindirdirici hal kimi qiymətləndirib: "İlk 8 gün ərzində 300-dən çox məktəbli layihədə iştirak üçün qeydiyyatdan keçdi. "Barama Junior: Coding Kids IT Summer School” layihəsinə başlayan zaman bizim bir məqsədimiz var idi: gələcəyimiz olan uşaqlara faydalı olmaq. Ümid edirəm, bu məqsədimizə nail olduq”-deyən mərkəzin koordinatoru,aparılan seçimlər nəticəsində 25 məktəblinin proqramda iştirak etdiyini bildirib.
Tədbirdə təlimin iştirakçısı olan məktəblilər və valideynlər də layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər. Mərasimin sonunda məktəblilərə sertifikat və hədiyyələr təqdim edilib.