Şolts Moskvada Rusiya testindən imtina etdi 
    
                          
     
                         15.02.2022
 
    
                        Almaniya kansleri Olaf Şolts Moskvada Rusiyanın PCR testindən imtina edib.
"Devran Media" xəbər verir ki, belə bir iddia ilə "Bild” nəşri çıxış edib.
Nəşrin məlumatına görə, kanslerdən testi Almaniya səfirliyinin həkimi götürüb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron da keçən həftə Rusiyanın PCR testindən keçməkdən imtina etmişdi.