04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Zəngəzur dəhlizi ilə Türkiyə və Avropaya enerji ixrac ediləcək"

15.02.2022

Yaxın perspektivdə Naxçıvandan Türkiyə və Avropaya elektrik enerjisi ixracının həyata keçirilməsi mümkün olacaq.

Bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.

"Bununla bağlı yaxın günlərdə Cəbrayıla Ağcabədidən 130 km, İmişlidən isə 132 km məsafədə 330 kV-luq xət çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi, Zəngəzur dəhlizindən keçməklə Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Kəlbəcərdə 5 yerdə kiçik su elektrik stansiyasının yenidən qurulmasına başlanacaq. Bu layihənin icrası ilə "Xudafərin" və "Qız qalası" layihələri ilə yanaşı Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsini təmin ediləcək", - T. Abdullayev bildirib.

Onun sözlərinə görə, bir sıra istiqamətlərdə də yeni xətlərin çəkilişinə başlanacaq: "Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub".

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 20 meqavatdan artıq olan 4 elektrik stansiyası "Güləbird” SES (Laçın), «Suqovuşan-1», «Suqovuşan-2» və «Kəlbəcər-1» yenidən qurulub

Ötən ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – "Şuşa”, "Füzuli”, "Kəlbəcər”, "Cəbrayıl”, "Zəngilan”, "Qubadlı”, "Ağdam-1”, "Ağdam-2” tikilib və "Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.

"Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75 km, Zəngilana 110 km, Daşkəsəndən Kəlbəcərə 70 km, Xındırıstandan Ağdama isə 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.