03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarını geri çəkməyə başlayır

15.02.2022

Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarının bir hissəsini geri çəkməyə başlayır.

"DM” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qərb və Cənub hərbi dairələrinin bölmələri təlimlərdən sonra öz bazalarına qayıtmağa başlayır.

"Döyüş hazırlığı tədbirləri yekunlaşdıqca qoşunlar həmişə olduğu kimi, daimi dislokasiya məntəqələrinə kombinə edilmiş yürüşlər edəcəklər. Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatına yüklənməyə başlayıb və bu gündən öz hərbi qarnizonlarına hərəkətə başlayacaqlar”, - nazirlikdən vurğulanıb.