30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kislovodsk və Yessentukiyə avtobus reysi açılır

31.08.2018

Sentyabrın 13-də etibarən hər həftənin 4-ci günü Bakı vaxtı ilə saat 17:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçiriləcək.
Qurumdan verilən məlumata görə, avtobusun Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə 13:00-dır.
Biletin bir istiqamətə qiyməti 70 manat təşkil edir.
Sərnişinlərimizin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.