30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sürpriz” sözündən səhv nəticə çıxardı, arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etdi“

14.02.2022

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində ərin arvadını qəsdən öldürməyə cəhd etməsi ilə bağlı cinayət işinin təfərrüatı bəlli olub.

Hadisə 2021-ci ilin sentyabrın 6-da baş verib.

2012-ci ildə ailə həyatı quran Ağamalı və Günəşin (ad şərtidir) bu izdivacdan iki övladı olub.

Lakin Ağamalının narkotik aludəçisinə çevrilməsi ailədə söz-söhbət yaradıb və ərlə arvad tez-tez mübahisə ediblər.

Ağamalı bir neçə dəfə psixiatriya xəstəxanada müalicə alıb. Arvadını qısqanan Ağamalı bir müddət sonra həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib.

Bununla bağlı konkret dəlili olmasa da, şübhələri güclənib. O, 2021-ci ilin sentyabrın 5-də Günəşlə söhbət edərkən onun şübhələrində yanılmadığı qənaətinə gəlib.

"Narkotik maddələrdən istifadə mənim ərimin psixologiyasına pis təsir göstərmişdi və o, aqressivləşirdi. O, mənimlə də, qayınanamla da tez-tez dalaşırdı. 2021-ci ilin sentyabrın 5-də söhbət etdik, ona dedim ki, anasının ad gününə gedəcəyik. Bildirdim ki, övladlarımın sürprizi var”, - deyə ölümdən dönən Günəş ifadəsində belə deyib.

Ağamalı isə ifadəsində göstərib ki, arvadını həmin söhbətdən sonra öldürmək qərarına gəlib.

Ağamalının ifadəsi: "Günəş mənimlə söhbət edərkən uşaqlarımızın adını çəkdi, "bax bunlar mənim övladlarımdır, sürpriz!” dedi. Bu sözlərdən hansı məna çıxdığını düşünməyə başladım. Onun bu sözlərini mənə belə tərzdə deməsindən belə başa düşdüm ki, uşaqlar başqasından olub. Düşündüm ki, onlar bioloji olaraq mənim övladlarım deyillər”.

"Sürpriz” sözü Ağamalını sentyabrın 6-da qətl törətməyə vadar edib. Ağamalı özünün şəxsiyyətini Günəşin şəxsiyyətinin fövqündə qoyaraq səhər tezdən 6-da bu əməli edib.

O, arvadını yuxudan oyadaraq sinə nahiyəsindən bıçaq zərbəsi vurub, Günəşin qışqırıq səslərinə azyaşlı övladları oyanıb. Buna baxmayaraq, Ağamalı onların gözləri önündə, müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib.

Ağamalı xüsusi amansızlıqla bıçaq zərbələri vurmağını davam etdirib. Günəş isə sonda onun əlindən qaça bilib və onu səs-küyə yığışan qonşular xəstəxanaya çatdırıblar.

Günəş əri ilə barışmadığını bildirib və ona layiqli cəzanın verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə Ağamalını Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4-cü maddələri ilə (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) təqsirli bilərək ona hökm oxuyub.

Ağamalı 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.