30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məhkəmə Bakıda küçədə qadınlara şillə vuran şəxslə bağlı qərar çıxarıb

14.02.2022

Yasamal Rayon Məhkəməsi qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən Əhməd Hüseynov barəsində qərar çıxarıb.

Məhkəmənin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bur neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.

Belə ki, o, bir neçə qadına küçədə şillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.