30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəlzələnin yerini proqnozlaşdırmaq olar

31.08.2018

"Google”un mühəndislərdən ibarət komandası tərəfindən işlənib hazırlanan süni intellekt zəlzələdən sonra baş verən təkrar seysmik təkanları proqnozlaşdıra bilər.
 "naukatv.ru” xəbər verir ki, güclü zəlzələdən sonra bir neçə həftə və ya ay ərzində zədələnmiş ərazidə tez-tez təkrar təkanlar qeydə alınır. Bu da daha böyük dağıntılara səbəb ola və bərpa işlərini çətinləşdirə bilər. Alimlər tərəfindən afterşokların yerini proqnozlaşdırmaq üçün istifadə edilən metodların səmərəsi, hələ ki çox azdır.
"Google AI” bölməsinin tədqiqatçıları bu problemi həll etmək üçün süni intellekt texnologiyasından istifadə ediblər. Alimlər afterşokların baş verə biləcəyi yeri öncədən proqnozlaşdırmağa cəhd etmək üçün dərin kompüter təlimi alqoritmlərinin köməyilə dünyada baş vermiş zəlzələlərin məlumat bazasını təhlil edib. Hazırlanmış sistem, hələ ki çox dəqiq işləmir, amma mövcud metodlarla müqayisədə təkrar zəlzələlərin yerini daha yaxşı proqnozlaşdıra bilər.