29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baydendən Ukrayna ilə bağlı “ağlasığmaz ssenari” - Timofeyev

11.02.2022

ABŞ Prezidenti Co Baydenin amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırması əks-effekt verir və vəziyyəti daha da gərginləşdirir.

Bu fikirləri Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram direktoru İvan Timofeyev bölüşüb.

"İnanıram ki, bu bəyanat həqiqətən də real vəziyyətin gərginləşməsinə təsir edir. Çünki prezident statusunu daşıyan birinin müharibənin qaçılmazlığı ilə insanları qorxutması aşırı addımdır. Digər tərəfdən, Baydeni başa düşmək olar: əgər bu gözlənilməz ssenari birdən reallaşarsa və o, Amerika vətəndaşlarını qorumaq üçün heç bir önləyici addım atmasa, o zaman buna görə cavab verməli olacaq. Beləliklə, o özünü sığortalayır”, - ekspert bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden amerikalıları Ukraynanı tərk etməyə çağıraraq, oradakı vəziyyətin tez bir zamanda "ağlasığmaz ssenari” ilə dəyişə biləcəyi barədə xəbərdarlıq etmişdi.