29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dörd uşaq anası məktəbdə qətlə yetirildi

11.02.2022

 İsmayıllı rayonunda yerləşən məktəblərdən birində qadın qətlə yetirilib. 

Hadisə Basqal kənd tam orta məktəbində qeydə alınıb. 

Belə ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanı bıçaqlayıb.

İlkin məlumata görə, hadisə iki şəxs arasında baş verən mübahisə nəticəsində olub. 
Qadın hadisə yerində vəfat edib. 

B.Əhmədli məktəbdə gözətçi, G.Qəhrəmanova isə texniki işçi vəzifəsində çalışıb. 

Qətli törədən şəxs hadisə yerindən qaçıb. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, B.Əhmədli Vətən müharibəsi qazisi olub. G.Qəhrəmanovanın isə dörd uşağı var.