30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda tozun miqdarı sanitar normadan 1,3 dəfə yuxarıdır

31.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti havada olan tozun miqdarı ilə bağlı aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən  verilən xəbərə əsasən, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da sanitar normadan 1,3 dəfə yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.
Nazirlik gün ərzində hər 3 saatdan bir yenilənən məlumatı ictimaiyyətə təqdim edəcək.