06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

3-cü doza vaksin vurdurmayanlar metroya buraxılmayacaq?

11.02.2022

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının vurulmasından sonra altı aydan artıq vaxt keçən şəxslərin "Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Nəticədə həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.

Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər "Bakı Metropoliteni”nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:

"Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı "Bakı Metropoliteni”nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da "Bakı Metropoliteni” birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni”nə nə şifahi, nə də yazılı məlumat verilməyib.