30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Kim Çenə dözümlü münasibət göstərəcək

31.08.2018

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun iddiasına görə hələ ki, nüvəsizləşdirmə istiqamətində yetərli addım atmayan KXDR-ə qarşı dözümlü münasibət göstərməyə hazırdır.
TASS informasiya agentliyi xəbər verir ki, Donald Tramp bunu Bloomberg agentliyinə müsahibəsində bildirib.
Müsahibəsində dünyada istənilən şəxsdən daha çox səbirli olduğunu deyən ABŞ Prezidenti Pxenyana qarşı da dözümlülük nümayiş etdirməyə hazır olduğunu vurğulayıb. O, Şimali Koreya lideri Kim Çen Inla indiyə qədər də yaxşı münasibətlər saxladığını qeyd edib, həmçinin Sinqapurda keçirilən müştərək sammitdən sonra Pxenyanın nüvə-raket sınağı keçirmədiyini və əsirlikdə saxlanan Amerika vətəndaşlarını azadlığa buraxdığını xatırladıb.
Bir qədər əvvəl Donald Tramp dövlət katibi Maykl Pompeoya Vaşinqtonun Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə yetərli irəliləyişi görmədiyi üçün KXDR-ə səfərini ləğv etməyi tapşırmışdı.
Qeyd edək ki, ABŞ və KXDR arasında iyunun 12-də Sinqapurda keçirilən ilk sammitin yekunlarına əsasən, Donald Tramp və Kim Çen In müştərək bəyanatla çıxış etmişdilər. Bəyanatda Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu, ABŞ isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti verəcəyini bildirmişdi.