03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu filmlə bağlı mətbuat konfransı keçirilib

10.02.2022

Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan filmlə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında rejissor Selahattin Sancaklı, aktyor Ertuğrul Şakar, prodüser Yalçın Çoban və "Eslem Film"in rəhbəri Metin Yücel iştirakı edib.

Filmin rejissoru Səlahəddin Sancaklı bildirib ki, film və serial Şuşada lentə alınacaq:

"Azərbaycana səfərimizdə məqsəd 30 illik haqlı davamızı, zəfərimizi lentə almaqdır. Şuşada olmamışam amma, filmin Şuşada çəkilməsi nəzərdə tutulur. Filmdə Azərbaycandan və Türkiyədən olan aktyor və aktrisalar iştirak edəcək".

Aktyor Ertuğrul Şakarın sözlərinə görə, çəkiləcək film həm Azərbaycan, həm də Türkiyə üçün gözəl layihə olacaq:

"Bu, həmdə mənim Azərbaycana ilk gəlişimdir, buranı çox bəyəndim. Qismət olsa gedib Şuşanı da görməyi çox istəyirəm".

Qeyd edək ki, filmin çəkilişlərinə iyul ayında başlanılması nəzərdə tutulur.