02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərxalça”da aşkar edilən maliyyə pozuntuları AÇIQLANDI

10.02.2022

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il "Azərxalça” ASC-də apardığı nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntuları aşkar edilib.

Bu barədə Maliyyə Nazirliyi xəbər yayıb.

Məlumatda deyilir ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi və bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.