28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda səhiyyə rəqəmsallaşdırılacaq

10.02.2022

 "Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı strategiya hazırlanır”.

Bu barədə səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, 5 illik dövrü əhatə edəcək strategiyanın yaxın vaxtlarda aidiyyəti üzrə təqdim olunması planlaşdırılır:

"Beləliklə, səhiyyə sistemi də iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmağa başlayacaq”.

"Rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının qarşıda duran yeddi məqsədi var. Onlardan biri də azad edilmiş ərazilər də daxil olmaqla ölkədə göstərilən tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsidir. Strategiya çərçivəsində irihəcmli layihələr də həyata keçiriləcək.

Məqsədlərimiz göstərilən tibbi xidmətlərinin yaxşılaşdırılması və vətəndaşların birbaşa cəlb olunması, digər dövlət qurumları ilə inteqrasiya edilmiş rəqəmsal səhiyyə infrastrukturunun yaradılması, müasir standartlara uyğun tibbi statistik məlumatlar bazasının yaradılması və təhlili, səhiyyədə şəffaflığın və səmərəliliyin artırılması, tədris kurikulumuna səhiyyə informasiya kommunikasiya texnologiyalarının daxil edilməsi və tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması, yekunda isə ölkə səhiyyəsinin beynəlxalq reytinqdə yerinin yüksəldilməsidir”, - deyə T.Musayev əlavə edib.