30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mövsüm meyvəsi - Üzüm

31.08.2018

Üzüm  çox qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir
Üzümdən  kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir.
Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.
Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.
Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.
Üzümdən hazırlanan doşab qanazlığında, ümümi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə xəstəliyin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.

"Quran"da üzüm haqqında belə bir ifadə var:
"Sənin bir xurma bağçan və üzüm bağın olmalı; belə ki, içlərindən gürül-gürül çaylar axıtmalısan."
— İsra surəsi, 91

Ən güclü antioksidant hesab edilən üzüm tumu xərçəng xəstəliyinə müsbət təsir edir; xərçəngin müalicəsindəki mənfilikləri aradan qaldırır.
Damarları qoruyur, damar xəstəliyinin qarşısını alır, damar xəstəliklərini müalicə edir.
İnfarkt xəstəliyini azaldır.
Pis xolesterolu azaldıb, yaxşı xolesterolu yüksəldir.
Diabet xəstələrinə müsbət təsir edir.
Qan damarlarını gücləndirir.
Kapilyar damarları gücləndirərək yüksək təzyiqə yaxşı kömək edir.
Gözdəki damarları gücləndirib qan dövranını yaxşılaşdırır.
Gözün şəffaf təbəqəsini qoruyur.
Yaşla birlikdə artan görmə zəifliyinə mane olur.
Kataraktanın əmələ gəlməsinə mane olur.
Qan və limfa dövranını nizamlayır.
Dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasına mane olur.
Allergiya problemlərinin qarısını alan özəlliyi vardır.
Diş əti qanamalarında müalicəvi özəlliyə sahibdir.
C vitamininin təsirini artırır.
Saç hüceyrələrini inkişaf etdirir.
Qan yaradır, qan azlığının qarşısını alır və qanı təmizləyir.
Böyrək və bağırsaqları təmizləyir.
Revmatizm xəstəliyinə müsbət təsir edir.