28 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Ermənistan UNESCO-ya qarşı

10.02.2022

"İndiyə qədər UNESCO-nun missiya göndərməməsinin səbəbi erməni tərəfidir”.

Bunu jrnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Bu gün biz UNESCO-nun işğaldan azad olunmuş yerlərə missiya göndərməsini gündəmə gətiririk. Amma bizim burada xatırlamalı olduğumuz vacib məqamlar var. Hansısa məsələlərin müzakirəsi barədə Azərbaycan cəmiyyətinə məlumatlar verilir. Ancaq Azərbaycan cəmiyyəti tam əmin olmalıdır ki, bütün uyğun beynəlxalq platformalarda Azərbaycan dövləti bütün lazımi addımları atır. Lakin Ermənistan tərəfi bütün beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq, müvafiq olaraq tarixi-mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozaraq, o cümlədən UNESCO-ya bu müddət ərzində ərazilərə daxil olmaq imkanı verməyib. Bu sənədlərdə əks olunur. Bu yalnız Azərbaycanın səsləndirdiyi və qeyd etdiyi məqamlar deyil”, - deyə nazir vurğulayıb.