27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mağazaya basqın edən şəxs özünü doğrayıb

10.02.2022

Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2 000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

A.Cəfərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılıb. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.

Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilib, sağlamlığı üçün ciddi təhlükə yoxdur.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.