Dünyada koronavirusa yoluxanların sayı 403 milyonu ötüb                    
    
                          
     
                         10.02.2022
 
    
                        Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 403 221 443 nəfərə çatıb.
"DM” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunub.
Virusdan ölənlərin sayı 5 777 224 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 77 265 134 nəfərə çatıb, 912 252 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 478 060 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 506 520 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 26 972 914 nəfər virusa yoluxub, onlardan 635 421 nəfəri ölüb