27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT sədri Ukraynaya səfər edəcək

10.02.2022

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bu həftə Ukraynaya səfər edəcək.

"Devran Media” xəbər verir ki, bu barədə Polşanın Ukraynadakı səfirliyindən bildiriblər.

Qeyd edilir ki, ATƏT sədri Prezident Volodimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk ilə görüşəcək.

"Danışıqlar Ukraynada baş verən cari hadisələr, gərginliyin azaldılması və ATƏT-in dəstəyi ilə davam edən böhranın həlli üçün görülən tədbirlərə həsr olunacaq”, - məlumatda bildirilir.

Polşa diplomatiyasının rəhbəri həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı və Üçtərəfli Təmas Qrupunda xüsusi nümayəndəsi, ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyasının (SMM) sədri, Ukrayna koordinatoru ilə görüşəcək. Bundan əlavə, o, Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinin rəhbəri və BMT-nin Ukraynadakı Humanitar Yardımın Əlaqələndirilməsi İdarəsinin rezident əlaqələndiricisi ilə görüşlər keçirəcək.

Məlumatda vurğulanır ki, Zbiqnev Rau fevralın 11-də Ukraynanın şərqinə səfər edəcək və burada münaqişədən zərər çəkmiş ərazilərdə mövcud humanitar vəziyyətlə tanış olacaq.