04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT sədri: irəliləyiş var

31.08.2018

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var.
Bu fikirləri cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanes təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib.
İtaliya xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, hər iki ölkədə seçkilərin keçirilməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ərazi mübahisəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib.
Nazir həmçinin bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydan olmalıdır.