28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Omikron” mədə-bağırsaq sistemini daha çox zədələyir

09.02.2022

"Omikron”da xəstəliyin gizli dövrü mövcuddur, lakin bu müddət çox qısa zaman çərçivəsini əhatə edir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Omikron” ştammının əlamətlərindən danışarkən deyib.

O bildirib ki, "Omikron” koronavirusun mutasiyalarından biridir və dünya ölkələrində də həmin ştammın müəyyən növləri var:

"Belə ki, "Omikron”da xəstəliyinin gizli dövrü 3, ya 4 gün çəkir, çox nadir hallarda 5 gün uzana bilir. Bu səbəbdən də karantin müddəti yeddi günə qədər qısaldıldı. Yoluxuculuq günlərinin sayı da nisbətən azdır. Hətta bəzi ölkələrdə karantin müddəti beş günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə eynilik təşkil edir”.

T.Eyvazov qeyd edib ki, digər infeksiyalarda hərarəti 38-39 dərəcəyə qədər yüksələn şəxs özünü halsız hiss etmirdisə, indi hərarəti 37 dərəcəyə qədər yüksələn şəxs özünü yorğun hiss edir:

"Əvvəlki ştammlardakı iy, dadbilmənin itirilməsi "Omikron” ştammında az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.