09 10 2025-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

AzTV-nin əməkdaşı vəfat etdi

09.02.2022

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qocaman əməkdaşlarından biri - Ələkbərov Habil Əlibala oğlu bu gün vəfat edib.

AzTV-nin məlumatına görə, Beynəlxalq Radionun proqram direktorunun müavini 69 yaşında dünyasını dəyişib.

H.Ələkbərov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1989-cu ildən Respublika Radiosunda çalışıb. Radionun təbliği baş redaksiyasının kommentatoru (şərhçisi) vəzifəsinə işə qəbul edilib.

İctimai-siyasi proqramlar redaksiyasında uzun müddət işləyib və bu sahədə böyük xidmətləri olub.

2009-ci ildən Beynəlxalq Radioda işə başlayıb və proqram direktorunun müavini vəzifəsini sonadək icra edib.

Cənubi Azərbaycandan hazırlanan verilişlərə rəhbərlik edib və müəllifi olduğu "Vətən” verilişinin həm də aparıcısı olub.