30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnsanlar xəstəliyin ciddiliyini qəbul etmirlər

09.02.2022

Bəzən insanlar koronavirusun əlamətləri yüngül olduğundan xəstəliyin ciddiliyini qəbul etmirlər. Bu səbəbdən mövsümi alovlanma tendensiyasını müşahidə edirik.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, Omikron ştammında yoluxuculuq qabiliyyəti yüksək olduğundan ailə üzvlərinin əksəriyyəti xəstələnir:

"İnsanlar hesab edirlər ki, koronavirusa yoluxmayıblar. Əgər Delta ştammında yoluxuculuq az idisə, Omikron ştammında vəziyyət fərqlidir. Yəni ailə üzvləri özlərini tam qorumurlar. Əgər ailədə bir nəfər xəstəliyi evə gətirirsə və hamı xəstələnirsə, deməli, infeksiya eynidir”.