30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

09.02.2022

Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Moskvadakı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Jirinovski bir neçə gündür xəstəxanadadır və vəziyyəti ağırdır

Siyasətçinin hansı diaqnozla xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat verilməyib.

Partiyanın mətbuat xidməti isə yaydığı açıqlamada bildirib ki, Jirinovski özünü yaxşı hiss edir və işini davam etdirir.

Qeyd edək ki, Mərkəzi Kliniki Xəstəxana Rusiya Prezident Administrasiyasının tabeliyindədir.