29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müasir silah və hərbi texnikanın alınması... – Nazir

09.02.2022

 Orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınması bundan sonra da davam etdiriləcək.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissənin şəxsi heyəti ilə görüşü zamanı deyib.

Nazir Azərbaycan Ordusunun hərbi qulluqçularının, o cümlədən hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarının dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını bir daha hərbi qulluqçuların diqqətinə çatdıran müdafiə naziri orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyini bildirib.