04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

32 ən güclü bəlli oldu

30.08.2018

 UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.
 Monakoda keçirilən püşkatma mərasimində Avropanın ən güclü 32 komandası hər birində dörd komanda olan səkkiz qrupa bölünüb.
Püşkatmanın nəticələri aşağıdakı kimi olub:

"A” qrupu: "Atletiko Madrid” (İspaniya), "Borussiya” (Dortmund, Almaniya), "Monako” (Fransa), "Brügge” (Belçika).

"B” qrupu: "Barselona”(İspaniya), "Tottenhem” (İngiltərə), PSV (Hollandiya), "İnter” (İtaliya).

"C” qrupu: PSJ (Fransa), "Napoli” (İtaliya), "Liverpul” (İngiltərə), "Çrvena Zvezda” (Serbiya).

"D” qrupu: "Lokomotiv” (Rusiya), "Portu” (Portuqaliya), "Şalke” (Almaniya), "Qalatasaray” (Türkiyə).

"E” qrupu: "Bavariya” (Almaniya), "Benfika” (Portuqaliya), "Ayaks” (Hollandiya), AEK (Yunanıstan).

"F” qrupu: "Mançester Siti” (İngiltərə), "Şaxtyor” (Donetsk, Ukrayna), "Olimpik Lion” (Fransa), "Hoffenhaym” (Almaniya).

"G” qrupu: "Real Madrid” (İspaniya), "Roma” (İtaliya), MOİK (Rusiya), "Viktoriya Plzen” (Çexiya).

"H” qrupu: "Yuventus” (İtaliya), "Mançester Yunayted” (İngiltərə), "Valensiya” (İspaniya), "Yanq Boyz” (İsveçrə).

Püşkatma mərasimindən əvvəl 2017-2018-ci il mövsümünün ən yaxşı oyunçularının adları məlum olub. Belə ki, qapıçılardan Keylor Navas, müdafiəçilərdən Serxio Ramos, yarımmüdafiəçilərdən Luka Modriç (hər üçü "Real Madrid”), hücumçulardan isə Kriştiano Ronaldo ("Real Madrid”-"Yuventus”) ən yaxşı nominasiyada qalib olublar.
Qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinin ilk oyunlarına sentyabrın 18-19-da start veriləcək.
Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması "Atletiko Madrid” klubunun arenası olan "Metropolitano” stadionunda oynanılacaq.