29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldova Cənub Qaz Dəhlizinə maraq göstərir

09.02.2022

Yenidən Bakıda olmağıma şadam. İlk dəfədir ki, nazir kimi Azərbaycana səfər edirəm. Brüsseldə prezidentlərimizin görüşündən sonra bu səfər razılaşdırılıb.

Bu barədə Moldovanın xarici işlər naziri Niko Popesku azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O deyib ki, səfəri münasibətlərin gücləndirilməsində vacib addımdır: "Münasibətlərimiz çox yüksək səviyyədədir, iqtisadi əməkdaşlığımızı da gücləndirmək istəyirik. Enerji bizim maraqlandığımız sahədir. Cənub Qaz Dəhlizinin builki iclasında Moldova ilk dəfə iştirak edib. Biz Cənub Qaz Dəhlizinin fəaliyyətini izləyirik və dəstəkləyirik. Regionda bizə qonşu ölkələr bu layihədə iştirak edir. İqtisadi tərəfdaşlıq barədə də danışdıq. Azərbaycanın 130 şirkəti Moldovada fəaliyyət göstərir. Bu rəqəmi genişləndirmək istərdik. Biz hökumətlərarası əlaqələrlə yanaşı, xalqlar və iş adamları arasında da əlaqələri gücləndirmək istəyirik. Hər iki ölkədən iş adamlarının görüşü üçün biznes forum təşkil edə bilərik. İqtisadi əlaqələr çox vacibdir”.