29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldova Azərbaycana təşəkkür edib

09.02.2022

Niku Popesku : Moldova koronavirus pandemiyası zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

"DM” xəbər verir ki, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, ölkələr həm ikitərəfli formatda, həm "Şərq Tərəfdaşlığı", GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər: "Bizim bu il üçün çox iddialı əməkdaşlıq planlarımız var. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu illər ərzində ölkələr həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib".

N.Popesku bildirib ki, Moldova işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə kömək etmək üçün Azərbaycana ekspertlər göndərmək imkanını nəzərdən keçirir.

Moldova XİN vurğulayıb ki, ölkələr arasında siyasi əməkdaşlıq çox yüksək səviyyədədir: "İqtisadi sahədə, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur".